Ermənilər islamı qəbul edir

Suriyanın Hələb şəhəri yaxınlığındakı Kafr-Hamara məntəqəsində yaşayan iki erməni ailəsi rəsmən islam dinini qəbul edib.
Musavat.com-un islam-today.ru-ya istinadən verdiyi xəbərə görə, Suriyanın Əl-Sabah rayonunun evlərinin birində 9 erməni ailəsi məskunlaşıb. KİV-in məlumatına görə, islamı qəbul edən ailələrə heç bir xətər yetirilməyib və onlar müsəlman dinini qəbul etməyə məcbur edilməyiblər, hərçənd Kafr-Hamarada radikal dini qruplaşma fəaliyyət göstərir.

"Əgər erməniləri islam qəbul eləməyə məcbur etsəydilər, o zaman 9 ailənin hamısı bu addımı atardı. Demək, onlar buna könüllü şəkildə gediblər", - deyə xəbərdə bildirilir.


AzNews.az