Niaqara şəlaləsi dondu

Amerika Birləşmiş Ştatlarını öz cənginə alan "qütb dəliyi" soyuq cərəyanının təsiri nəticəsində hökm sürən şaxta məşhur Niaqara şəlaləsinin də donmasına səbəb olub.

Məlumata görə, şəlalənin yerləşdiyi ABŞ-Kanada sərhədində 18 dərəcə şaxta müşahidə edilir. Bu temperaturda Niaqara şəlaləsinin böyük bir hissəsinin donması ortaya maraqlı görüntülər çıxarıb.

Sonuncu dəfə 1936-cı ildə Niaqara şəlaləsi tamamilə donmuş, yerli sakinlər bu nadir hadisəni görmək üçün bölgəyə axın etmişdilər(anspress)