- Köhnə - Dünya
- 9 Yanvar 2014 21:24
- 1 850
Tunisin baş naziri istefa verib
"Mən artıq prezidentə istefa ərizəmi təqdim etdim", deyə Larayed jurnalistlərə bildirib.
Hökumət başçısı qeyd edib ki, yaxın zamanda Tunisdə Mehdi Comaanın rəhbərliyi altında müvəqqəti hökumət formalaşacaq.
Baş nazirin istefası ötən ilin oktyabrında ölkədəki siyasi böhrana son qoyulması üçün başlayan milli dialoqun yekun nəticəsi olub.
AzNews.az