Fidel Kastro yenidən publika qarşısında - FOTO


AzNews.az Lenta RU - ya istinadən xəbər verir ki, Kuba inqilabının lideri 2013 - cü ilin aprelindən bəri ilk dəfə publika qarşısına çıxıb.
O yanvarın 8-də axşam saatlarında ölkə paytaxtı Havanada incəsənət studiyasının açılış mərasimində iştirak edib.
87 yaşlı Kastro bu ərəfədə rəssam Aleksey Leyvinin art - studiyasının qonağı olub. Lideri yenidən xalq arasına çıxdığına görə emosional şəkildə alqışlayıblar.
Fidel Kastro Kubaya 48 il rəhbərlik edib. 2006 - cı ildə səhətindəki ciddi problemlərə görə siyasətdən gedib. Ölkəni idarə etmək onun qardaşı və silahdaşı Raula tapşırılıb. 2008 - ci ildə Raul Kastro formal olaraq prezident seçilib.
Kubanın "Cubadebate" saytı 87 yaşlı Fidel Kastronun arxası obyektivin kameralarına sarı oturmuş vəziyyətdə fotosunu yayıb. Ölkənin keçmiş liderinin sifəti görünmür.

Əli
AzNews.az