Öldüyü zənn edilən gənc morqda dirildi

Keniyada öldüyü zənn olunaraq morqa aparılan adam ertəsi gün oyanıb özünə gələndə xəstəxanadakıları şoka salıb.

Milli.az bildirir ki, olay Keniyanın Naivaşa bölgəsində yaşanıb. Ailə üzvləri ilə mübahisə edən Pol Mutora həşəratlara qarşı istifadə olunan kimyəvi vasitəni içərək intihar etməyə çalışıb.

Dərhal xəstəxanaya aparılan Mutora həkimlərin bütün səylərinə rəğmən nəfəs almırdı. Həkimlər onun öldüyünü deyiblər və sanitarlar Mutoranı morqa aparıblar.

Ertəsi gün səhər saatlarında morqdan qışqırıq səsləri gəlib.

Morqa girən həkimlər Mutoranın oyanıb qışqırdığını, qorxudan ağladığıın görüblər.

Mutora özünə gələndən sonra deyib: "Başıma gələnlərin günahkarı özüməm. Üzr istəyirəm".

AzNews.az