Bir neçə dövlət eyni vaxtda vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı Bir neçə dövlət eyni vaxtda vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

Livan vətəndaş müharibəsinin bir addımlığında

Bir neçə dövlət eyni vaxtda vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı


Livanda təriqətlərarası qarşıdurma son həddə çatıb. Şiə qruplaşmaları Livanın paytaxtında yolları bağlayaraq sünnilərə və xarici ölkə vətəndaşlarına hücum etməyə başlayıblar.


AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, artıq 4 ərəb ölkəsi-Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırıb. Verilən digər məlumata görə, eyni bəyanatla ABŞ hökuməti də çıxış edib.

Məsələ ilə bağlı Livan prezidenti Mişel Süleyman bəyanat verərək şiə qruplaşmalarını zorakılığı dayandırmağa çağırıb. Bununla belə, qarşıdurmaların hələdə davam etdiyi bildirilir.

Qeyd edək ki, iki gün əvvəl Suriyanın paytaxtı Dəməşq şəhərində ən böyük şiə qəbiləsinin liderinin oğlu silahlı şəxslər tərəfindən oğurlanmışdı. Hesab edilir ki, qarşıdurmaların əsas səbəbi də məhz şiə liderin oğlunun oğurlanmasıdır.


Sadiq

AzNews.az