Deputatın evindən silah-sursat tapıldı


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodarın Boquçinski rayonundan olan deputatın evində 7 qumbara aşkarlayıb.

Deputatdan həmçinin 7, 62 millimetrlik kalibirli karabin, partlayıcı və patronlar da tapılıb.

Deputatın adı hələlik açıqlanmır. Bununla belə deputat FTX əməkdaşlarına silah-sursatı meşədən tapdığını bildirib.

Deputata qarşı qanunsuz silah saxlama, gəzdirmə maddəsi ilə cinayət işi açılıb.

Elnur
AzNews.az