Dünyanın ən təhlükəsiz aviaşirkəti “Uçan kenquru”dur

Avstraliyanın "Qantas" aviaşirkəti dünyanın ən təhlükəsiz aviadaşımaları üzrə reytinqdə birinci yeri tutub. Reytinq ötən ilin yekunları üzrə tərtib edilib. Tədqiqatda dünyanın 448 şirkəti iştirak edib.

Quyruq hissəsindəki spesifik simvoluna görə "Uçan kenquru" adını almış Avstraliya aviaşirkətinin təyyarələri 1951-ci ildən qəzaya uğramayıb.

BFM-nin məlumatına görə, ən təhlükəsiz şirkətlərin onluğuna həmçinin, "Air New Zealand", "All Nippon Airways", "Cathay Pacific Airways", "Emirates", "Etihad Airways", "Eva Air", "Royal Jordanian", "Singapore Airlines" və "Virgin Atlantic" daxildir. (Musavat.com)