Türkmənistan prezidenti Mərkəzi Bankın rəhbərini qovdu

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mərkəzi Bankın rəhbəri Tuvaməmməd Carapovu "işindəki çatışmazlıqlar"a görə işdən qovub. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, "Prezidentbank" və "Dayxabank" banklarının idarə heyətlərinin sədrləri də işdən çıxarılıblar.

Türkmənistan prezidenti Qoçmurad Muradovu Mərkəzi Bankın rəhbəri təyin edib. O, bu vaxta qədər "Türkmənistan" kommersiya bankına rəhbərlik edib.


AzNews.az