Soçi Olimpiadası ilə bağlı xəbərdarlıq

Rusiyanın Soçi şəhərində keçiriləcək Olimpiadaya səfər etməyi planlaşdıran amerikalılar mümkün terror aktı təhlükəsi, kriminal durum və tibb xidmətində nöqsanları nəzərə almalıdırlar.

APA-nın verdiyi məlumata görə, bununla belə ABŞ-ın xarici işlər idarəsi konkret təhlükələrdən məlumatlı olmadığını vurğulayıb.

Xatırladaq ki, Federal Tədqiqatlar Bürosunun (FTB) başçısı Ceyms Komi Qış Olimpiadasının keçirilməsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Rusiyaya onlarla agentin göndəriləcəyini bəyan edib.

AzNews.az