ABŞ-da quş qripi şoku



ABŞ - da ilk dəfə olaraq quş qripi aşkarlanıb. AzNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, xəstəliyin simptomları Çindən qayıdan amerikalı qadında müəyyən edilib.

ABŞ Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə ölkə üçün bir ilkdir. Ümumdünya səhiyyə təşkilatının əməkldaşlarının xəbərinə görə təkcə dekabr ayında 648 belə xəstə müəyyən edilib. Xəstələrin çoxu Asiyada qeydə alınıb. 381 fakt öldürücü olub.

Ayxan
AzNews.az