Kazinoda partlayış: 14 ölü, 7 yaralı

Çində qeyri-leqal kazinoda baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA – nın məlumatına görə, bu barədə "Associated Press" yerli mətbuata istinadən xəbər yayıb.

Hadisənin Quyçjou əyalətində baş verdiyi bildirilir. Çin polisi hesab edir ki, partlayış təsadüfi olmayıb. Bu üzdən hadisə ilə bağlı cinayət işi açılıb.

Partlayışın səbəbləri barədə məlumat verilmir.


AzNews.az