640 nəfər xəstəxanaya düşüb

Liviyanın paytaxtı Tripolidə Məhəmməd peyğəmbərin(s.s.ə) mövludu ilə əlaqədar bayram tədbirlərində 640 nəfər adam müxtəlif dərəcəli yanıq və bədən xəsarətləri alaraq xəstəxanalıq olublar.

AzNews.az - ın Frans - Press - ə istinadən xəbərinə görə insanlar pirotexniki vasitələrdən düzgün istifadə edə bilmədiklərinə görə xəsarətlər alıblar. Bəzi yaralıların barmaqlarını amputasiya etmək məcburiyyətində qalınıb.
Liviya ənənələrinə görə peyğəmbərin mövludu günü çox geniş qeyd olunur, bayram bir sutkadan artıq davam edir və bu zaman insanlar çox xoşbəxt olurlar, çoxlu pirotexniki vasitələrdən istifadə etməklə sevinclərini büruzə verirlər.
Muammər Qəddafinin dövründə belə vasitələrin ölkəyə idxalı qadağan edilmişdi. Asiya ölkələrindən pirotexniki vasitələrin qadağası götürüldükdən sonra Liviyaya standartlara uyğun gəlməyən güclü pirotexniki raketlər daşınmağa başlayıb.
Xatırladaq ki, sonuncu İslam peyğəmbərinin mövludu islam ölkələrində ənənəvi olaraq hicri - qəməri tarixi ilə 3 - cü ayın 12 - ci günü qeyd olunur. Bu il bayram 13 yanvara təsadüf edib.

Əli
AzNews.az