Şaronun dəfnindən sonra raket hücumu

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin keçmiş baş naziri Ariel Şaron şənbə günü, 11 yanvarda 86 yaşında vəfat edib. O ölkənin cənubundakı şəxsi ferması "Şikmim"də dəfn olunub.

Fələstin döyüşçüləri dəfn mərasimi qurtarar - qurtarmaz bu rayona iki raket atıblar. İsrail aviasiyası da qarşılıqlı zərbə endirib. Qarşılıqlı zərbələr nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.

Bu gün, 13 yanvarda İsrailin tanınmış hərbi və siyasi xadimi Ariel Şaronun dəfn edildiyi ferma Fələstin anklavından sayılan kimotrlər aralıda yerləşir. Ona görə dünyanın tanınmış siyasi xadimləri iştirak edən mərasim ciddi təhlükəsizlik qüvələri tərəfindən qorunub.

Mərasimdə cuhud dövlətinin birinci şəxsləri, yüksək çinli xarici qonaqlar, o cümlədən ABŞ vitse prezidenti Con Bayden, yaxın şərq "kvarteti"nin nümayəndələri və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak ediblər.

Əli
AzNews.az