10:15
(077) 610-22-33

Fransanın birinci xanımı hələ depresiyada - ŞOK

  • >
572 13 Yanvar 2014 23:20 | Dünya


Fransanın birinci xanımıı Valeri Trierveyler ona xəyanət edən əri Fransua Ollandı bağışlamağa hazırdır.

AzNews.az Le Parisien qəzetinə istinadən xəbər verir ki, Valeri Trierveyler neçə illərdir birgə yaşadığı vətəndaş nigahında olduğu ərinin ona xəyanət edərək dəyişdiyi 41 yaşlı aktrisa Juli Qayeyə görə güclü emosional şok aldığı üçün hələ bir həftə də xəstəxanada yatmalı olacaq.

Qəzetin yazdığına görə hər şeyə rəğmən 48 yaşlı jurnalist və 3 uşaq anası münasibətləri tam kəsmək fikrində deyil, baxmayaraq ki, onunla Olland arasında əcayib münaqişə baş verib. Amma birinci ledi üçün o da maraqlıdır ki, Ollandın bundan sonrakı niyyəti necə olacaq.

Xatırladaq ki, prezident ailəsində ailədaxili qırğın Closer səhifəsinin Fransua Ollandın aktrisa - məşuqəsi ilə keçirdiyi gecə barədə xəbərindən sonra baş verib. Prezidentin arvadı xəbərdən necə sarsılıbsa depresiyadan xəstəxanaya düşüb.
Olland isə şəxsi işlərinə müdaxilə edildiyinə görə jurnalistləri məhkəməyə vermək qərarına gəlib.

Azər
AzNews.az

Bağla X