Pələng 3 nəfəri yedi


Hindistan Tamilhad ştatında 45 məktəb bağlanıb.

Buna səbəb adamyeyən pələngin uşaqlara hücum ehtimalıdır. Artıq 3 nəfər pələngin qurbanı olub.

500-ə yaxın silahlı şəxs pələngin axtarışı ilə məşğul olsa da, hələlik onu vurmaq mümkün olmayıb.

Bölgənin 15 min nəfərə yaxın sakini pələngin qorxusu ilə yaşayır.
Pələngin ilk qurbanı yanvarın əvvəllərində cəngəlliyin yaxınlığında yaşayan gənc qadın olub. Daha sonra pələng bir kişi və bir qadına hücum edib.

Elnur
AzNews.az