Fələstin Baş nazirinin korteji saxlanılıb

İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilər bu gün Fələstinin Baş naziri Rami Həmdullahın kortejini mühasirəyə alıblar.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin rəsmi nümayəndəsi Əhab Bseso bildirib ki, kortej İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsində dayandırılıb.
Bu zaman İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşanlar R.Həmdullahın mühafizəçisini maşından çıxmağa məcbur ediblər.
Ə.Bseso insidenti İsrailin Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilərin Fələstin xalqına qarşı zorakılıq aksiyalarına "yaşıl işıq" yandırması kimi qiymətləndirib.


AzNews.az