Baş naziri girov götürməklə hədələyirlər

Banqkokda hökumət əleydarları Tailandın Baş naziri Yinqlak Çinavatı girov götürməklə və bütün hökumət qurumlarını bağlayacaqları ilə hədələyiblər. Müxalifət lideri Suthep Thauqsuban Baş naziri və nazirləri girov götürəcəyinə dair söz verib: "Bunun baş verməməsi üçün nazirlər istefa verməlidirlər".

Qeyd edək ki, Tailand müxalifəti dünəndən etibarən hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Məqsəd dövlət qurumlarının fəaliyyətini dayandırmaq, nəqliyyatın hərəkətini iflic etməkdir. (Trend)