Məktəbdə atışma olub - yaralananlar var

ABŞ-ın Nyu Meksiko ştatında naməlum silahlı şəxs məktəbə soxularaq atəş açıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər yaralananıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs artıq saxlanılıb.

"Assoşieyted Press"in məlumatına görə, məktəblilər avtobuslarla yaxınlıqdakı ticarət mərkəzinə təxliyə olunub.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.


AzNews.az