Misirdə referendum qanla bitdi - 8 ölü, 21 yaralı

Misirdə yeni konstitusiya ilə bağlı keçirilən referenduma qarşı çıxan insanlar etiraz aksiyası keçirib.

"Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, səhər saatlarında başlayan etiraz aksiyasına polis müdaxilə edib. Nümayişçilərlə polis arasında yaranan qarşıdurma nəticəsində 8 nəfər ölüb, 21-i yaralanıb. Misirdə səhər saatlarında konstitusiyaya keçirilən referenduma qarşı çıxan müxalif qurumlar ölkə ərazisində boykot nümayişi keçirilməsi üçün çağırış etdilər. Bundan sonra Qahirə və İsgəndəriyyə şəhəri başda olmaqla bir neçə şəhərdə nümayişlər başlayıb.


AzNews.az