Girov götürən şəxs belə zərərsizləşdirildi - Video

ABŞ-ın Kolorado əyalətinin Denver şəhərində bir gənc ərzaq mağazasında yaşlı bir qadını girov götürüb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, polis 1 saat ərzində gənci qadını buraxmaq üçün razı salmağa çalışsa da bu istəyinə nail ola bilməyib. Nəticədə polis gənci silahla vurmaq məcburiyyətində qalıb. Ağır yaralanan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Gəncin polis tərəfindən vurulma anını təqdim edirik





AzNews.az