Olland birinci ledinin statusuna aydınlıq gətirəcək


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland söz verib ki, bir ay ərzində birinci ledi - jurnalist Valeri Trierveylerin statusuna aydınlıq gətirəcək. Fransa lideri Closer tabloidində çıxan mübahisəli şərhdən sonra ilk dəfə olaraq press - konfransda çıxış edib.

Olland 11 fevralda ABŞ - a nəzərdə tutulan vizitinə qədər baş verənlərə münasibətini bildirmək fikrindədir.

Olland birinci ledinin səhəti ilə bağlı bildirib ki, ledi özünə gəlir, hər şey yaxşılığa doğru gedir.

Xatırladaq ki, bazar günü xanım Valeri ərinin ona qarşı xəyanət əməllərini bilən kimi xəstəxanaya düşüb.

Ollandın birinci ledini aktrisa Cüli Qaye ilə dəyişməsini sübut edən 7 səhifəlik illüstrasiyalı material Closer tabloidində 10 yanvarda yayımlanıb.

Azər
AzNews.az