20:00
(077) 610-22-33

“ABŞ yad planetlilər tərəfindən idarə olunur” - İDDİA

  • >
1 261 15 Yanvar 2014 08:51 | Dünya

“Onlar Obamanı kukla kimi istifadə edirlər”





İranın "Fars" xəbər agentliyi ABŞ-la bağlı ilginc iddia ilə çıxış edib.

Agentliyin məlumatına görə, Amerika 1945-ci ildən bəri yadplanetlilər tərəfindən idarə olunur.

Yarı rəsmi xəbər agentliyi olan "Fars" iddia edib ki, Amerika kölgə hökumət tərəfindən idarə olunur. Bu kölgə hökümətdə isə hətta başqa planetdən gələnlər də yer alır:

"Mərkəzi Nevadada yerləşən bi kölgə hökumət əvvəllər nasistlərə də yardım göstərib. 2-ci dünya müharibəsində Adolf Hitlerə də məhz yad planetlilər kömək etmişdi. NASA-nın bəzi proqramları da başqa dünyadan olanların gizlədilməsinə xidmət edir".

AzNews.az bildirir ki, xəbərdə ABŞ prezidenti Barak Obama ilə bağlı iddialar da yer alıb. Bir zamanlar Hitlerə dəstək verən qüvvələrin indi Obamaya dəstək verdiyi vurğulanıb:

"Onlar Obamanı kukla kimi istifadə edirlər. Ancaq Amerika hökuməti içində də bu qüvvələrə qarşı olanlar var".

Elnur
AzNews.az
Bağla X