Müsəlman kişini öldürüb, yedilər – ŞOK - FOTO

Mərkəzi Afrika Respublikasında bir qrup şəxs müsəlman kişiyə hücum edərək, onu öldürüb, sonra isə orqanlarını yeyiblər.


AzNews.az-ın "MehrNews" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 14-də baş verən hadisə ətrafdakılar tərəfindən lentə alınıb.

Bununla bağlı yayılan görüntülərdən məlum olur ki, çoxlu sayda şəxs avtobusa hücum edib, müsəlman olduğu müəyyən edilən bir kişi tutularaq, əvvəlcə işgəncəyə məruz qoyulur. Daha sonra hücum edənlər kişini doğrayır.

Amma bu qorxunc hadisə bununla yekunlaşmamış, özünü "Dəli it" adlandıran bir nəfər, kişinin orqanlarını, o cümlədən ayaqlarını yeməyə başlayır. Şahidlərdən biri fransalı jurnalistlərə bildirib ki, həmin vəhşi, doğradığı müsəlmanın qolunu qopardıqdan sonra yaxınlıqdakı ərzaq dükanına girərək çörək almış və onu çörək ilə yeməyə başlayıb.

Bu hadisəni görənlər müdaxilə etməyib, sadəcə gördüklərini telefonla çəkməklə kifayətləniblər. Bəziləri də qorxaraq hadisə yerindən qaçıb.

Elnur
AzNews.az
image description image description