06:46
(077) 610-22-33

ABŞ bütün kompüterlərə müdaxilə edə bilir– Dünya şokda

  • >
364 15 Yanvar 2014 13:56 | Dünya

İnternetə bağlı olmayan kompüterlər də nəzarətdədir




ABŞ-ın xaricindəki ölkələrdə reallaşdırdığı plana əsasən yayılan bütün kompüterlərə cihazlar vasitəsi ilə casus proqram yerləşdirilir.

Bu haqda məlumatı NSA sənədləri və mütəxəssislərə istinadən "New York Times" qəzeti yayıb. NSA-nın məlumatına görə, bəzi kompüterlər internetə bağlanmasa belə casus proqramı bir şəkildə yüklənərək internet çıxışı olmayan kompüterlərin içində olan məlumatlara da çata və bunları dəyişdirə bilir.

NSA-nın 2008-ci ildən bu tərəfə tətbiq etdiyi və radio tezliklərdə istifadə etdiyi texnologiyalar buna imkan verir. Kompüter internetə bağlı olmasa belə, kilometrlərlə uzaqdan radio tezlikləri Ağlar və ya USB kartları ilə gizlicə yerləşdirilmiş proqramları işə salmaq olur. Bəzi hallarda çanta böyüklüyündəki bir cihaz müəyyən bir məsafədən saniyədən daha az bir müddətdə radio dalğalarla, hədəflənmiş kompüterə məlumat yüklədiyi, məlumat aldığı və ya məlumatları dəyişdirdiyi bildirilir.

Bu proqramın agentlər tərəfindən gizlicə kompüterə yükləyə bildiyi kimi, xüsusilə dizüstü kompüterlərin istehsalı ya da yük ilə göndərilməsi zamanı da kompüterlərə yerləşdirildiyi qeyd edilir.

Xəbərdə, ABŞ-ın bu texnologiya ilə məlumat yığdığı ən əhəmiyyətli hədəfləri arasında Çin ordusu, Rus ordusu, Meksika polisi və narkotik kartellər, AB-nin iqtisadi qurumları, Səudiyyə Ərəbistanı, Hindistan və Pakistan kimi ölkələrin dayandığı bildirilir.

Dünyada 100 min kompüterə yerləşdirildiyi bildirilən casus proqramın, ABŞ ərzində hər hansı bir kompüterə yerləşdirildiyinə rast gəlinmədiyi qeyd edilir.

Xəbərdə, yalnız kompüterlərin deyil, ağıllı telefonlar və digər cihazların da, Çində istehsal olunmasına baxmayaraq, onlara da NSA tərəfindən bu casus proqramın yerləşdirilə biləcəyi yazılır.

Prezident Barak Obamanın cümə günü, ABŞ-ın uzun müddətdir dünya gündəmini məşğul edən qlobal casusluq fəaliyyətlərinin mərkəzində iştirak edən NSA-nın fəaliyyətində ediləcək dəyişikliklərə bağlı açıqlama verəcəyi gözlənilir.

Elman
AzNews.az
Bağla X