Ermənilər ABŞ prezidentini ittiham etməkdən də çəkinməyiblər Ermənilər ABŞ prezidentini ittiham etməkdən də çəkinməyiblər

Amerika erməniləri Obamadan görüş istədi

Ermənilər ABŞ prezidentini ittiham etməkdən də çəkinməyiblər



ABŞ-dakı Erməni Milli Komitəsinin sədri Kennet Kaçikyan prezident Obamaya məktub göndərib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, məktubda ABŞ prezidentindən Amerika Erməniləri İcmasının nümayəndələri ilə görüşməsi xahiş olunur və qeyd edilir ki, prezident Obamanın Amerika Erməniləri İcmasının nümayəndələri ilə görüşməməsi qeyri sağlam mühit yaradır.

Ermənilər məktubda ABŞ prezidentini ittiham etməkdən də çəkinməyiblər. ABŞ perzidentinə xatırladıblar ki, "onun bu cür hərəkətləri 2008-ci ildə Amerika ermənilərinə verdiyi vədlərlə ziddiyyət təşkil edir".

Məktubda həmçinin vurğulanır ki, "bu ucür görüşlər mövcud problemlərin müzakirəsinə imkan yaradacaq və ABŞ-ın xarici siyasətdə atdığı bəzi addımların Amerika erməniləri tərəfindən yanlış anlaşılmasının qarşısını alacaq".

Sadiq
AzNews.az