16:12
(077) 610-22-33

ABŞ hərbçilərinin İraqdakı vəhşilikləri- Fotolar

  • >
533 16 Yanvar 2014 08:30 | Dünya

ABŞ hərbçilərinin İraqdakı vəhşilikləri ilə bağlı yeni, sensasion fotolar yayılıb.


Milli.az bildirir ki, həmin fotolarda ABŞ-ın hərbi-dəniz piyadalarının iraqlı əsirlərin cəsədlərini yandıraraq, yanmış, külə dönmüş cəsədlərin yanında "poza vermələri" əks olunub. Fotoların 2004-cü ildə İraqın Fəlluca şəhərində çəkildiyi bildirilir.

ABŞ-ın Müdafiə Nazirliyi fotoların yayılmasını qətiyyətlə pisləyib. Bununla yanaşı, Pentaqon fotoların "gerçək olub-olmamalarını araşdıracağını" bəyan edib.

ABŞ Hərbi-Dəniz Piyadaları Korpusunun nümayəndəsi polkovnik-leytenant Nil Mörfinin dediyinə görə, fotolarla bağlı araşdırmalar başlanıb. TMZ isə bildirib ki, Fəllucada çəkilmiş "seriya" 41 fotodan ibarətdir: "Fotoların əksəriyyəti dəhşətli olduğundan onları dərc etmədik".


AzNews.az
Bağla X