Misirdə yeni firon tapılıb


ABŞ arxeoloqları Misirdə adı indiyə qədər məlum olmayan fironun məzarını aşkarlayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, firon Misiri 3,7 min il əvvəl idarə edib.

Fironun skleti üzərində araşdırmalar onun boyunun 185 sm olduğunu söyləməyə imkan verib.

Arxeloqların fikrincə, məzarda firona məxsus olan bəzi əşyaların olmaması onun uzun müddət əvvəl dağılması və ya talan edilməsini söyləməyə imkan verir.

Qeyd edək ki, fironun məzarı qədim Abidos şəhərində tapılıb.

Elnur
AzNews.az