İngiltərə şokda: qızları öldürürlər


İngiltərədə ailələrin dünyaya gələcək körpənin cinsiyyətini əvvəlcədən öyrənərək qız uşaqlarının abort etdirilməsi faktları artıb.


AzNews.az "Independent" qəzetinə istinadən xəbər verir ki, ölkədə son iki ildə doğulan körpələr arasında qızların sayı 4 min 700 nəfər azalıb. Bu isə qız uşaqlarının abort etdirilməsinin nəticəsi kimi qəbul edilir.

"Bu cinayətlər dərhal dayandırılmalıdır" çağırışı edən qəzet, "Uşağın cinsiyyəti hamiləliyin 13-cü həftəsində öyrənilir. Halbuki bunun hamiləliyin son dövrünə yaxın açıqlanması lazımdır" deyə vurğulayıb.

Qız uşaqlarının abort etdirilməsi ilə bağlı açıqlanan statistika ölkədə şok effekti yaradıb.

Elman
AzNews.az