Şumaxer bir milyardlıq sərvətini ailəsinə vəsiyyət etdi

Tanınmış atvopilot Mihael Şumaxerin vəsiyyəti məlum olub.

Axşam.az xəbər verir ki, iki həftədir koma vəziyyətində olan 45 yaşlı idmançı bütün varidatını ailəsinə vəsiyyət edib.

Onun, təxminən, 1 milyard dollar dəyərində qiymətləndirilən sərvətinin xanımı, 16 yaşlı qızı və 14 yaşlı oğlu üçün bərabər bölünməsi nəzərdə tutulub.

Şumaxer vəsiyyətnaməsini 2010-cu ildə, 3 illik fasilədən sonra yenidən "Formula-1" yarışlarına qayıtdıqda yazıb.

Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.


AzNews.az