“Boksun atası“ dünyasını dəyişdi

Dünya Boks Şurasının (DBŞ) rəhbəri Xose Süleyman 83 yaşında Los-Ancelesdə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə RBK agentliyi "Associated Press"-ə istinadən xəbər verib.

Ərəb mənşəli meksikalı Süleyman öz karyerasına həvəskar boksçu kimi başlayıb, sonralar oyunların meneceri və hakimi olub.

O, həmçinin məşqçi kimi də çalışıb. Bu müddət ərzində onun təşəbbüsü ilə idmançıların təhlükəsizliyinin yüksəldilməsini, eləcə də raundların sayının 15-dən 12-dək azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edilib.

DBŞ Xose Süleymanın vəfatı ilə bağlı bəyanatında onu "boksun atası" adlandırıb. 2006-cı ildə o, boksun Şöhrət Zalına daxil edilmişdi.

Xose Suleyman ürək xəstəliyindən ölüb.

AzNews.az