ABŞ-ın nüvə raketləri narkomanların əlində

AzNews.az Vesti.ru-ya istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən 30 - dan çox zabit test - yoxlama imtahanlarında komandirlərini aldatmağa cəhd ediblər. Onlar düşəcək sualları əldə edərək əvvəlcədən cavabları hazırlayıblar.

İstintaqçılar müəyyən ediblər ki, 10 - dan çox zabit narkotik maddə saxlayıblar və istifadə ediblər. Məlum olub ki, bunlardan bəziləri qitələrarası ballestik raketlərin buraxılışına məsul və cavabdeh şəxslər olublar.

Bütün günahkarlar xidmətdən azad olunublar.

ABŞ HHQ - lərində 6 aviabazada xidmət edən 11 zabitin narkotikadan istifadə etməsi və narkotik maddələrin yayılmasında suçlandırılması böyük əks - səda doğurub. Bu 11 nəfərdən 3 - ü (adları gizli saxlanılır) Montana və Şimali Dakotadakı raket bazalarında döyüş hazırlığı növbətçiləri olublar. Bu bazalarda yeraltı şaxtalarda 3 nüvə başlıqlı "Minuteman" raketləri saxlanılır.

Belə ki, dünya nüvə savaşı törədə biləcək "qırmızı düymə" ABŞ - da bir müddət narkomanların əlində olub.


Əli
AzNews.az