400 keşiş uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunur


Vatikanın katolik kilsəsinin 2013-cü ildə 400 keşişin tutduqları postdan uzaqlaşdırmasının səbəbi bəlli olub.

AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Vatikan kilsəsindəki mənbələrdən məlumat əldə olunub.

Zərərçəkmişlərin hüquqlarının müdafiəçiləri kilsənin bu məsələdə şəffaflıq nümayiş etdirməsini istəyirlər. Onlar israrlar iddia edirlər ki, keşişlər tərəfindən uşaqlara qarşı cinsi hərəkətlərin baş verməsi halları mövcuddur.

Vatikan Katolik kilsəsi isə ruhani ataların cinsi qalmaqalda adlarının çəkilməsindən narahatdır və belə halların ictimailəşməsini də istəmir. Lakin kilsə barələrində şikayət daxil olan keşişlərlə bağlı araşdırmaların aparılmasında maraqlı olduğunu da açıqlayıb.

AzNews.az