Kabildə partlayış: 21 ölü

Əfqanıstanın paytaxtı Kabildə restoranın qarşısında baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olub.

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə səfirliyinin də yerləşdiyi küçədə törədilən hücumu kəskin pislədiyini qeyd edib. Terrorçu-intiharçının özünü partlatması nəticəsində aralarında Kanada, Rusiya və Livan vətəndaşları olmaqla 13 əcnəbinin, həmçinin 8 Əfqanıstan vətəndaşının öldüyü, 2 əfqanın xəsarət aldığı bildirilir. "Taliban"ın sözçüsü Zəbihullah Mücahid terror aktının "Taliban" "fədailəri" tərəfindən törədildiyini, hədəfin restorandakı diplomatlar və əcnəbi işçilər olduğunu söyləyib. (Trend)