05:50
(077) 610-22-33

Bağdadda həbsxanaya hücum - dustaqlar azad edilib

  • >
616 18 Yanvar 2014 22:37 | Dünya

Silahlılar həbsxanaya hücum edib dustaqları azad ediblər

AzNews.az İTAR TASS - a istinad edərək bildirir ki, Bağdadın cənubunda silahlılar minomyotlardan həbsxananın binalarını atəşə tutublar. Onlar inzibati binaları ələ keçirərək bir çox dustaqları azad ediblər. Atışma zamanı bir neçə mühafizəçi yaralanıb.
Terroristlər eyni zamanda paytaxtın qərbində yerləşən böyük ticarət mərkəzini də ələ keçirməyə cəhd ediblər. Silahlılar binanı ardıcıl atəşə tutublar, amma hökumət qüvvələri ekstremistləri marketə buraxmayıblar.
Rayon İraq ordusu tərəfindən mühasirəyə alınıb.
İtkilər və xəsarət alanlar barədə hələ ki, məlumat yayımlanmayıb.

Azər
AzNews.az

Bağla X