Norveçdə nadir arxitektura nümunələri yanıb


AzNews.az "Rossiya 24" kanalına istinadən xəbər verir ki, Norveçdə YUNESKO - nun beynəlxalq mirası siyahısına salınan nadir arxitektura abidələri yanıb. Bunlar XVIII - XIX əsrlərin taxta evləridir.

Ölkənin qərbindəki Lerdal rayonunu yanğın çənginə alıb. Alov əvvəlcə yaşayış evlərini bürüyüb, sonra isə güclü külək yanğını qədim taxta binalar məhəlləsinə yayıb, amma xoşbəxtçilikdən kvartalın kiçik bir sahəsi ziyan çəkib.

Tarixi abidələri xilas etmək üçün yanğınsöndürənlər cidi - cəhdlə düz 8 saat mübarizə aparıblar. Yangını söndürmək üçün helikopterlərdən də istifadə olunub.

90 nəfər xəstəxanaya düşüb, onlar tüstüdən zəhərləniblər.

Azər
AzNews.az