Kiyevdə qırğın: yüzlərlə yaralı var - FOTO

Ukrayna paytaxtı Kiyevdə "Berkut" döyüşçüləri ilə mitinqçilər arasında baş verən toqquşma artıq 16 saatdır ki, davam edir. AzNews.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, "Berkut" döyüşçüləri ilə toqquşmada hər iki tərəfdən yaralıların sayı yüzlərlə hesablanır. Nümayişçilərin 4 milis avtomobili və 2 yük maşınını yandırdığı bildirilir. "Berkut" döyüşçüləri əsasən Ali Rada, Hökumət Evi və Prezident Aparatının qarşısına toplanıb. Mitinqçilər Berkut döyüşçülərindən qorunmaq üçün barrikadalar qurub. Şəhərdə bir neçə yerdə yanğın baş verib.









Elnur
AzNews.az