İranda yeni dönəm: “altılıq” ölkələri ilə razılaşmanın icrası başladı

İran "altılıq" ölkələri ilə noyabrda əldə edilən razılaşmanın icrasına başlayıb. AzNews.az İran mətbuatına istinadən xəbər verir ki, uranın 20 faizə qədər zənginləşdirilməsinin dayandırdığını bəyan edən rəsmi Tehran razılaşmaya yanvarın 20-dən etibarən əməl edildiyini vurğulayıb. İranın Xarici İşlər naziri Cavad Zərif öz Facebook səhifəsində bu barədə məlumat verərək razılaşmanın icrasına başlanılmasının ölkə üçün müsbət nəticələrindən bəhs edib. Bunu dünyada və regionda sülhün təminatı kimi qəbul etdiyini deyən nazirin sözləri ölkədəki mühafizəkar kəsim tərəfindən birmənalı qarşılanmayıb.

Elnur
AzNews.az