200 terrorda 42 türk diplomatı öldürülüb – "ASALA"nın ETİRAFI

Yanvarın 20-də ASALA döyüşçüləri "Ermənistanın azad edilməsi uğrunda gizli ordu" adı verdikləri bu terror təşkilatının yaranmasının növbəti ildönümünü qeyd ediblər.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yayıb.

Məlumata görə, məhz 39 il əvvəl bu gün ASALA Kilsələrin Beynəlxalq Şurasına qarşı ilk əməliyyatını keçirib. "Bu ofis ermənilərin Yaxın Şərqdən Amerikaya emiqrasiyasını təşkil edib. 2001-ci ilə qədər ASALA 200 əməliyyat keçirib, nəticədə 42 türk diplomatı öldürülüb. Bu əməliyyatların nəticəsində Avropa Parlamenti, daha sonra isə ayrı-ayrı ölkələr erməni soyqırımını tanıyıb" deyə xəbərdə vurğulanıb.

Elnarə
AzNews.az