İraqa 75 milyon dollar yardım ediləcək

Bu informasiyanı Avropa Komissiyasının İnkişaf məsələləri üzrə Ali Komissarı Andris Piebalqs yayıb


Avropa Birliyi 2014-cü ildən 2020-ci ilədək İraqa maddi yardım göstərəcək.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Brüssel şəhərində Avropa Komissiyasının İnkişaf məsələləri üzrə Ali Komissarı Andris Piebalqs yayıb.

Nəzərdə tutulan məbləğ İraqda hüquqi dövlətin möhkəmləndirilməsinə və insanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün institutların yaradılmasına yönəldiləcək. Ali Komissar deyib ki, İraq ölkədəki stabilliyə nail olacaq və demokratik bir cəmiyyət quracaq.


AzNews.az