07:27
(077) 610-22-33

Pakistanda zəvvarların avtobusu partladıldı - 22 ölü

  • >
403 21 Yanvar 2014 20:28 | Dünya



AzNews.az Frans Press - ə istinadən xəbər verir ki, Pakistanın cənub qərbində bu gün şiə zəvvarlarla dolu avtobus partladılıb, nəticədə 22 nəfər ölüb.

Yerli rəsmi qurumların məlumatına görə zəvvarlar İrandan qayıdırmışlar. Terror aktı Belucistan əyalətinin inzibati mərkəzi olan Kvet şəhərindən 60 km aralıda törədilib.
Partlayış nəticəsində daha 20 sərnişin yaralanıb.
Pakistanın əhalisinin beşdə biri şiələrdir. Ölkədə müsəlmanların böyük əksəriyyətini sünnilər təşkil edir. Şiələr burada tez - tez sünni terrorist qruplaşmaları ilə üz - üzə qalmalı olurlar.

Əli
AzNews.az

Bağla X