Putinlə Obama arasında telefon danışığı olub

Bu gün Amerika tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Musavat.com-un interfax-a istinadən verdiyi məlumata görə, iki ölkənin dövlət başçıları yanvarın 22-də İsveçrədə başlayacaq Suriya üzrə beynəlxalq konfransın tematikası üzrə müzakirə aparıblar.

Telefon danışıqları zamanı həmçinin, bir sıra digər regional məsələlər, o cümlədən İranın nüvə proqramı ilə bağlı ötən ilin noyabrında əldə edilmiş razılaşmanın reallaşması məsələsi, habelə ikitərəfli münasibətlər diqqət mərkəzində olub.(Musavat.com)