07:44
(077) 610-22-33

48 iranlı girovun azad edilmə şərti açıqlandı

  • >
1 158 17 Avqust 2012 14:25 | Dünya

Malik Əl Kürdi: “Tehran Suriyada qan tökülməsinin dayandırılmasına kömək etməlidir”



Azad Suriya Ordusu komandirinin müavini polkovnik Malik Əl-Kürdi "Amerikanın Səsi"nə müsahibə verib. AzNews.az lenta.ru saytına istinadən xəbər verir ki, Malik Əl-Kürdi iranlı girovların azad edilməsi üçün 2 şərt irəli sürüb.


"Tehran öz vətəndaşlarının hüquqlarını qorumalıdır və Suriyada qan tökülməsinin qarşısını almaqada yardımçı olmalıdır". O həmçinin əlavə edib ki, "bu Suriya xalqının istəyidir, o xalq ki, hər gün həyatlarını işgəncə ilə itirirlər". bunula belə malik Əl-Kürdi iranlı girovların harada saxlanıldığı və vaxt azad ediləcəyi barədə dəqiq məlumat verməyib .


Qeyd edək ki, 48 iranlı avqustun 4-də Dəməşq şəhərində girov götürülüb. Iran girovların zəvvar, müxaliflər isə onların İnqilab Keşikçiləri Korpusunun zabitləri olduğunu iddia edir.


Sadiq

AzNews.az

Bağla X