16 milyon insanın şəxsi məlumatları oğurlandı – Kiber cinayət

Almaniya Federal Təhlükəsizlik Bürosu, 16 milyon internet istifadəçisinin şəxsi məlumatlarının botnet olaraq bilinən virus proqramları vasitəçiliyi ilə oğurlandığını açıqlayıb.

AzNews.az Alman mətbuatına istinadən xəbər verir ki, bu, ölkə əhalisinin beşdə birinin elektron poçt ünvanlarını və hesab şifrələrinin ələ keçirildiyi mənasını verir.

Federal Təhlükəsizlik Bürosu, insanların məlumatlarının etibarlı olub-olmamasına nəzarət etmək məqsədi ilə yeni bir internet saytını yaradıb.

Elman
AzNews.az