22:55
(077) 610-22-33

Lvov şəhərində matəm elan edilib

  • >
473 22 Yanvar 2014 21:21 | Dünya

Kiyevdə polislə müxalifət arasında baş verən qarşıdurma zamanı ölən iki nəfərin xatirəsi üçün Lvov şəhərində yanvarın 23-də matəm elan edilib.

ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Lvov meriyasının administrasiyası yayıb. Lvov şəhərinin meri Andrey Sadovı bildirib ki, həmin gün ictimai yerlərdə musiqi səslənməyəcək, şəhərin bir çox binalarında matəm lentləri asılacaq. Qeyri rəsmi məlumatlara görə ölənlərin adları da məlum olub. Bunlardan biri belarus millətindən olan Mixail Jiznevski, digəri isə Dnepropetrovsk vilayətinin Bereznovatovka kəndinin sakini Sergey Niqoyandır.


AzNews.az
Bağla X