Yanukoviç bəyanat yaydı



Ukrayna prezidenti Viktor Yanukoviç bəyanatla çıxış edib.

AzNews.az "Интерфакс-Украина"ya istinadən xəbər verir ki, prezident ölkənin bölünməzliyinə zəmanət verdiyini bildirib.

"Mən buna zəmanət verirəm. Nə qədər ki, mən Ukraynaya rəhbərlik edirəm, onu bölmək heç kəsə nəsib olmayacaq" deyə prezident vurğulayıb.
Prezidentin bəyanatında həmçinin ölkədə yaranmış böhranın heç bir xarici qüvvənin müdaxiləsi olmadan həll ediləcəyinə ümid ifadə olunub.


Elnarə
AzNews.az