Çerkassıda müxalifət inzibati binaları zəbt etdi

Ukraynanın mərkəzi hissəsində yerləşən vilayət mərkəzi Çerkassı şəhərində insan kütləsi vilayət administasiyasını ələ keçiriblər. ANS PRESS "Obkom" portalına istinadən bildirir ki, binanın qarşısında iki minə qədər adam toplaşıb.

Nəşrin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, etirazçılar artıq qapıları qıraraq binaya daxil olublar. İnsanları saxlamağa çalışan milis işıqsaçan qumbaralardan istifadə edib.

Binanın həyətində 10 dərəcə şaxta var. Milislər binanın ətrafında barrikada qurublar. Milislərə "Qrifon" dəstəsinin döyüşçülərindən ibarət iyirmi nəfərlik dəstə köməyə gəlib. Etirazçılar milisləri yaxalayaraq onların paltarlarını cırırlar. Administrasiyanın əməkdaşları pəncərədən qaçıblar. Bəzi etirazçılar qırılmış pəncərələrdən kabinetlərə girərək sənədləri yandırırlar.

Bu gün ölkənin qərb hissəsində müxalifətçilər vilayət mərkəzlərində inzibati binaları ələ keçiriblər. Lvovda və Rovnoda idarə binaları tutulub.


AzNews.az