Qocalar evində yanğın: 3 ölü, 30 itkin


Kanadada Quebec bölgəsində 60 –a yaxın insanın yaşadığı qocalar evində yanğın baş verib.

Hadisədə 3 nəfərin öldüyü, 20 nəfərin yaralandığı, 30 nəfərin isə itkin düşdüyü bildirilir.

Yanğında yaralanan 20 nəfər xəstəxanaya aparılıb. Qocalar evinin digər sakinləri yaxınlıqdakı məktəblərdən birinə köçürülüb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Elman
AzNews.az