20:25
(077) 610-22-33

Berlin məhkəməsindən şok qərar

  • >
619 18 Avqust 2012 07:53 | Dünya

Ultrasağlara Məhəmməd peyğəmbər barədə karikatura nümayiş etdirməyə icazə verilib



Ultrasağ "Almaniya uğrunda" hərəkatının nümayəndələri Berlində Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi müvafiq qərar çıxarıb.

Hakimlərin fikrincə, karikaturaların nümayişi dini hissləri təhqir etmək sayıla bilməz. Sağ radikallar aksiyalarını Berlinin Noyköln və Veddinq rayonlarındakı məscidlərin qarşısında həyata keçirmək fikrindədirlər. Onlar bunu müsəlman sələfilərin alman dilində pulsuz Quran paylamasına qarşı etdiklərini iddia edirlər.

May ayında Şimali Reyn – Vestfaliya torpağında analoji aksiya müsəlmanlar və neofaşistlər arasında qarşıdurmaya səbəb olmuşdu. O zaman 30-dək polis yaralanmış, 100-dək qarşıdurma iştirakçısı isə həbs olunmuşdu.

AzNews.az
Bağla X