Yanukoviç administrasiya rəhbərliyində yerdəyişmələr etdi

Yanukoviç prezident administrasiyası rəhbərliyində bir sıra yerdəyişmələr edib.

AzNews.az Ukrayna saytlarına istinadən xəbər verir ki, Ukrayna prezidenti İrina Akimovu prezident administrasiya rəhbərinin birinci müavini vəzifəsindən azad edərək özünə məsləhətçi təyin edib.
Digər sərəncamla Akimov Ukrayna nazirlər kabinetində prezidentin nümayəndəsi olacaq.
Başqa bir sərəncamla Yanukoviç məsləhətçisi olan Andrey Portnovu administrasiya rəhbərinin birinci müavini təyin edib.

Xatırladaq ki, keçən həftə Sergey Lavrov administrasiya rəhbəri vəzifəsindən azad edilərək prezident məsləhətçisi təyin edilib.

Bu gün isə indiyə qədər milli təhlükəsizlik və müdafiə Sovetinin katibi olmuş Andrey Klyuyev prezident administrasiyasına rəhbər gətirilib.


Azər
AzNews.az